Sanço Almaniyaya qayıda bilər

“Mançester Yunayted”in vingeri Ceydon Sanço karyerasını yenidən Dortmund “Borussiya”sında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

25 yaşlı futbolçu Almaniya klubuna qayıtmaq üçün illik maaşını iki dəfə azaltmağa razıdır. Hazırda onun “qırmızı şeytanlar”dakı qazancı ildə təxminən 16 milyon avro təşkil edir.

Sanço ilə başqa maraqlananlar da var. Daha əvvəl onunla “Yuventus”un maraqlandığı bildirilmişdi.

İngiltərəli futbolçu 2024/25 mövsümünü icarə əsasında “Çelsi”də keçirib. O, Premyer Liqada 31 oyunda iştirak edərək, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bu transfer baş tutmuş olarsa, Sanço 2021-ci ildə ayrıldığı “Borussiya”ya geri dönmüş olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button