Sançonu istəyən 3 klub var

“Mançester Yunayted”in vingeri Ceydon Sanço uğrunda üç klub mübarizə aparır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “Borussiya” (Dortmund), “Leyptsiq” və “Yuventus” ingilis futbolçuya görə danışıqlar aparır.

Hər üç klub yarımmüdafiəçini bu qış heyətinə qatmağı planlaşdırır.

Sançonun baş məşqçi Erik ten Haqla münaqişəsi olduğu üçün qış transfer pəncərəsində Mançesteri tərk edəcəyi gözlənilir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button