“Çelsi”yə bu qədər tez yenilik gətirən futbolçu görməmişdim”
“Çelsi”nin keçmiş futbolçusu Con Obi Mikel komandada icarə əsasında çıxış edən yarımmüdafiəçi Ceydon Sançonun debütü haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun çıxışını yüksək qiymətləndirib:
“Uzun müddətdir ki, “Çelsi”yə gələn və komandaya bu qədər tez yenilik gətirən futbolçu görməmişdim. Sanço əla tərzdə oynayırdı. O, çox əla görünürdü”.
Sanço keçən həftə Premyer Liqada “Bornmut”la matçda (1:0) sonradan meydana daxil olaraq komandasının qələbə qazanmasına kömək edib.
24 yaşlı yarımmüdafiəçi icarə əsasında “Mançester Yunayted”dən “Çelsi”yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin