PSJ futbolçusunu İtaliya klubuna göndərir

PSJ-nin yarımmüdafiəçisi Renato Sançes icarə əsasında “Roma”ya keçməyə yaxındır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanacaq sözləşmənin bəndləri arasında hələ də məbləği müəyyən edilməyən satınalma hüququ da yer alacaq.

Yəni, “canavarlar” icarə müqaviləsinin müddəti bitdikdən sonra Renatonu birdəfəlik heyətə cəlb edə bilərlər.

25 yaşlı futbolçu 2022/23 mövsümündə Paris klubunun heyətində 27 oyuna çıxıb və iki qol vurub. Onun Liqa 1 təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button