Aleksis Sançes millinin oyunlarını buraxmalı olacaq
“İnter”in hücumçusu Aleksis Sançes anemiya şübhəsi səbəbindən Çili millisinin qarşıdakı oyunlarında meydana çıxmayacaq.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, 34 yaşlı çilili futbolçunun testləri qırmızı qan hüceyrələrinin sayının normadan aşağı olduğunu göstərib.
Sançes bir ildən sonra “İnter”ə qayıdıb. Forvard 2019-2022-ci illərdə də “neradzurra”da çıxış edib. O, klubda 109 oyuna çıxıb, 20 qol vurub və 23 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin