Sançes “İnter”dən ayrıldı – rəsmi
“İnter” futbolçusu Aleksis Sançeslə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Çilili hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
33 yaşlı futbolçu 2019-cu ildən şərəfini qoruduğu Milan təmsilçisində üç mövsüm keçirib.
Sançesin “Marsel”ə keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin