Aleksis Sançesi istəyən yoxdur

İcarə əsasında “İnter”də çıxış edən “Mançester Yunayted”in futbolçusu Aleksis Sançesin Milan klubundakı taleyi məlum olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “neradzurra” müqaviləsi iyunda başa çatacaq hücumçunu klubda saxlamayacaq. Komandanın baş məşqçisi Antonio Konte Sançesin çıxışından məmnun deyil.

Bundan başqa, 31 yaşlı futbolçunun məxsus olduğu “Mançester Yunayted” də Sançesin xidmətində maraqlı deyil. Premyer Liqa təmsilçisi Sançesi satmağı planlaşdırır.

MY ilə müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulan Sançes, keçən ilin avqustunda “İnter”ə keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button