
Daha bir tanınmış futbolçu ərəblərin hədəfində
“Marsel”in çilili hücumçusu Aleksis Sançes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədən iki klub 34 yaşlı forvardı transfer etmək üçün mübarizə aparır.
Sançes 2022/23 mövsümündə Liqa 1 klubunun heyətində 44 oyuna çıxıb, 18 qol vurub və 3 qolun məhsuldar ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin