“Davam et, “Real”

“Real”ın hücumçusu Kilian Mbappe “Real Sosyedad”la oyundan sonra sosial şəbəkədə yeni paylaşım edib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:

“San Sebastiana əla səyahət. Davam et, “Real”.

İspaniya çempionatında beşinci turun oyunu “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mbappe bu görüşdə penaltidən fərqlənib. La Liqanın beş turundan sonra Madrid nəhəngi 11 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button