“San Paulo”dan ABŞ klubuna – rekord məbləğə
ABŞ-ın “Çinçinnai” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, MLS təmsilçisi Braziliyanın “San Paulo” klubunun hücumçusu Brenneri transfer edib.
Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı braziliyalı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Böyük ehtimalla bu barədə məlumat Brender ABŞ-da tibbi müayinədən keçəndən və rəsmi müqaviləyə imza atandan sonra açıqlanacaq.
ABŞ mediasının yaydığı məlumata görə, “Çinçinnati” bu transferə görə “San Paulo”ya 15 milyon dollar ödəyib. Bu isə nəinki klubun, həm də MLS tarixində rekord transfer məbləğidir. Daha öncə “Atlanta Yunayted” də 2018-ci ildə Argentinanın “İndependyente” klubundan argentinalı yarımmüdafiəçi Esekiel Barkonu məhz 15 milyon dollara transfer etmişdi.
Brenner “San Paulo”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında indiyə qədər 74 matça çıxıb və 27 qola imza atıb.
Bizi Facebook-da izləyin