Tanınmış futbolçu klubu ilə müqaviləni ləğv edəcək – Avropaya qayıdır

“Real”ın və “Bayern”in sabiq yarımmüdafiəçisi Xames Rodriges Braziliya klubu “San Paulo” ilə müqaviləsini ləğv edərək, azad agent olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Avropaya qayıtmaq istəyir.

Rodriges 2023-cü ilin iyulunda azad agent kimi Braziliyanın “San Paulo” klubuna keçib. Onun bu klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

33 yaşlı yarımmüdafiəçi 2024-cü il Amerika kubokunun ən yaxşı oyunçusu mükafatını alıb. Turnirin 6 oyununda iştirak edən futbolçu 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button