Sampaoli maaşından imtina etdi
Braziliyanın “Santos” klubunun baş məşqçisi Xorxe Sampaoli öz maaşından imtina edib.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssisin bu addımına klubun futbolçulara olan borcunu ödəyə bilməməsi səbəb olub.
Belə ki, oyunçuların fevralın əvvəlindən bəri maaşlarını ala bilmədiyi bildirilir. Bu durumdan narazı qalan Sampaoli də öz növbəsində maaşını kluba qaytarmaqla etirazını bildirib. O, rəhbərliyin siyasətini tənqid edərək bildirib ki, hər kəsin maaşı eyni vaxtda ödənməlidi.
Qeyd edək ki, mövsümə uğurlu başlayan “Santos” son dövrlərdə eniş yaşamaqdadı. Komandanın son 3 oyunda qələbəyə həsrət qalması da məhz klubun maliyyə problemləri ilə üzləşməsiylə izah olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin