Samirin müqaviləsi uzadılacaq

“İnter”in qapıçısı Samir Handanoviç klubla müqaviləsini uzadacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı sloveniyalı futbolçunun agenti bu ay “neradzurra”nın nümayəndələri ilə görüşərək, yeni müqavilə ilə bağlı anlaşacaq. Handanoviçin yeni müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər davam edəcək və daha bir il müddətinə uzadıla biləcək.

Handanoviç 2012-ci ilin iyulundan “İnter”də çıxış edir. O, cari mövsümdə 45 oyun keçirib və 34 qol buraxıb.

Samir Handanoviçin “İnter”lə hazırkı müqaviləsi bu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button