
Samir Fransa klubunun hədəfində
Cari mövsümün sonunda “Vest Hem”lə müqaviləsi başa çatacaq Samir Nəsri karyerasını Fransada davam etdirə bilər.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1-də mübarizə aparan “Monako”, 31 yaşlı vingeri mövsümün sonunda heyətinə qatmaq niyyətindədir. “Knyazlıq klubu”nun futbolçunun meneceri ilə danışıqlara başladığı bildirilir.
Fransalı futbolçu bu mövsüm “Vest Hem”in heyətində 6 oyun keçirsə də, qol hesabını aça bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin