Samir Musayev, Arif İsayev, Nodar Məmmədov meydana çıxdı, “Faxralı” çempion oldu

Borçalı kəndləri futbol çempionatında 3-cü mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, ötən ilin dekabrında start götürən, 4 ay davam edən turnirdə 19 komanda çempionluq adı uğrunda mübarizə aparıb. Borçalıda azərbaycanlıların kompakt yaşadığı kəndləri təmsil edən komandalar əvvəlcə iki qrupa bölünüblər. Dairəvi sistemlə keçirilən qrup matçlarından sonra ilk 3 yerin sahibləri birbaşa, 4 və 5-ci yerib sahibləri isə öz aralarında pley-off matçı oynayıb, qalib gələnlər 1/4 finala yüksəliblər.

Gərgin mübarizə, maraqlı oyunlara səhnə olan turnirin finalında ötən ilin çempionu “Faxralı” komandası ilə “Kirov” üz-üzə gəlib. Sonuncu çempion rəqibini 8:1 hesabı ilə darmadağın edərək, məğlub olmadan ikinci dəfə kuboku qazanıb. Üçüncü yerin sahibi isə “Qızılkilsə” kollektivi olub. Yarışın ən yaxşı oyunçusu “Faxralı”nın hücumçusu Elşən Məmmədov, ən yaxşı qapıçısı çempionun “çərçivə” qoruyucusu Ramin Həsənzadə, bombardiri isə 26 qolla “Dəmirli”nin forvardı Polad Kərimov olub.

Turnirdə müxtəlif komandaların heyətində Elgün Nəbiyev, Tural Qürbətov, Ramiz Çovdarov, Nodar Məmmədov, Eşqin Quliyev kimi hazırda karyerası davam edən, eyni zamanda, Samir Musayev, Arif İsayev, Elşən Məmmədov, Ramin Həsənzadə kimi ölkə futbolunda kifayət qədər tanınmış, milli komandamızın keçmiş üzvləri mübarizə aparıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button