Samir Abasovun taleyinə nə vaxt aydınlıq gələcək? – Açıqlama
“Futbolçular istirahətə göndərilib. Yay toplanışı və baş məşqçi Samir Abasovla bağlı məsələ gələn ayın 2-də, Müşahidə Şurasının iclasında müzakirə ediləcək”.
Bu sözləri Komanda.az-a açıqlamasında “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev söyləyib. O, tezliklə komandanın yay toplanışının proqramının təsdiqlənəcəyini də bildirib:
“Müşahidə Şurasının iclası keçiriləcək. İclasda qərar veriləcək ki, Samir Abasovla yola davam edilməlidir, ya yox. Sonra yay toplanışının proqramı təsdiqlənəcək. Proqram təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
“Neftçi” son mövsümdə Premyer Liqanı 50 xalla 2-ci pillədə başa vurub.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin