Samir Abasovun yubiley oyunu

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandanı 100-cü dəfə çempionat oyununa çıxarıb.

Komanda.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 22-ci turunda reallaşıb. 45 yaşlı baş məşqçi “Şamaxı” ilə ev matçına qədər (1:0) “kimyaçılar”ı ölkə çempionatında 99 dəfə meydana çıxarıb.

O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxasında” olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında komandanı çalışdırıb.

Samir Abasovun rəhbərliyi altında keçirdiyi 100 matçda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə yenilib. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button