Samir Abasovun ikiqat yubileyi
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 33-ci turunda “Kəpəz”lə səfər oyununda ikiqat yubileyə sevinib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbə 45 yaşlı mütəxəssisin Premyer Liqada 75-ci uğuru olub.
Abasov bunu 190-cı matçında gerçəkləşdirib. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox matçda qələbə sevinci yaşayan 14-cü baş məşqçidir.
Abasovun rəhbərliyi altında 122-ci qarşılaşmaya çıxan “Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionat, 4-ü kuboka təsadüf edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin