Samir Abasovdan 4:0-a şərh: “Elə də yaxşı oynamadıq”
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda matça itkilərlə çıxmışdı. Bizdə Emin Mahmudovun yoxluğu hiss olundu. Bəzi məqamlarda çətinliyimiz oldu. Şükürlər olsun, qalib gəldik. Fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanırıq. Düzdür, milli komandalara gedən futbolçulara görə əziyyət çəkəcəyik. İnanırıq ki, problem olmayacaq. Əsas milliyə neçə nəfərin getdiyini bilmirik. Bu, məşqlərimizə 100 faiz təsir edəcək. Hazırda Fəhmin Muradbəyli zədəlidir. Həkimlər çox əlləşir. Məşqdə bəladan qurtardı. Ayağı sına bilərdi. Ahmed Ahmedovun əzələsində dartılma var. İnanırıq ki, fasilədə hər ikisi sıraya qayıdacaq”.
Baş məşqçi yeni transfer Keysuke Hondanın məşqə çıxdığını söyləyib: “Fərdi məşqçisi ilə individual olaraq məşq edir. 3 gündən sonra komanda ilə hazırlıqda iştirak edəcək. Fiziki durumu ilə bağlı nəsə demək çətindir. Fasilədə yoxlama oyunu keçirmək istəyirik. Orada Hondanın durumunu daha yaxşı görəcəyik”.
Abasov komandanın motivasiyalı oynamasının Hondanın gəlişi ilə bağlı olmadığını söyləyib: “Əksinə ilk hissədə çox top itirdik. Məncə, elə də yaxşı oynamadıq. Sadəcə, bu oyunda qələbə çox önəmli idi”.
Bizi Facebook-da izləyin