Samir Abasov: “Sumqayıt”a qayıtmaq istəmirəm, fikrim də yoxdur”
“Zirə”nin bu gün baş məşqçisi Samir Abasovla yollarını ayırdığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Abasov istefasından sonra açıqlama verib:
“Bu məsələ ilə bağlı danışılası bir şey yoxdur. Klubun rəsmi saytında hər şey elan olunub. “Zirə” öz mövqeyini bildirib. Bu, olan bir şeydir. Görüşüb, danışmışıq və sonra razılığa gəldik ki, işdən çıxım. Bu söhbət bu gün baş verib. Rəhbərliklə görüşdük və danışdıq. Heç bir təzminat söhbəti olmadan ayrıldım”.
Keçmiş komandası “Sumqayıt”a qayıtmaq fikrinə münasibət bildirən Samir, ölkə xaricində işləmək məsələsində də toxunub:
“Belə bir söhbət yoxdur. Ümumiyyətlə, “Sumqayıt”a qayıtmaq istəmirəm, fikrim də yoxdur. Bu gün onu düşünmürəm. Sərt şəkildə cavab vermək də istəmirəm ki, belə bir şey olmayacaq. Sabahı da, “Sumqayıt”ın mövqeyini də bilmək olmaz. Sadəcə, bu gün üçün bu komanda haqqında ümumiyyətlə düşünmürəm. Buna heç bir şübhə olmasın. İstər dil, istərsə də məşq baxımından. Şübhə ona olunmalıdır ki, ölkə xaricindən təklif olacaqmı? Ölkə xaricində niyə azərbaycanlı məşqçini götürsünlər? Hansı şərtlə və nəyə görə? Belə söz-söhbətlərin hamısı boşdur” (Report).
“Zirə” Abasovun rəhbərliyi altında cari mövsüm Premyer Liqada keçirdiyi 7 turdan sonra 8 xalla 5-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin