Samir Abasov sıraya döndü, qış toplanışının yerini açıqladı
“Neftçi”nin koronavirusdan sağalan baş məşqçisi Samir Abasov komanda ilə məşqlərə qoşulub.
Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə yanaşı, kapitan Emin Mahmudov, eləcə də Anton Krivotsyuk və Fəhmin Muradbəyli məşqlərə başlayıb.
Koronavirus aşkarlanan Stiven Monroz, Bruno Teluşi və zədəli Cabir Əmirli məşqdə iştirak edə bilmir.
Yeri gəlmişkən, Samir Abasov “Neftçi TV”-yə açıqlamasında komandanın qış təlim-məşq toplanışının ölkə daxilində olacağını bəyan edib. 42 yaşlı mütəxəssis bildirib ki, hazırlıq prosesi Bakıda olacaq:
“Artıq məsələ 80-90 faiz dəqiqləşib. Ölkə xaricinə çıxmaq düzgün olmaz. Çünki koronavirus təhlükəsi var. Orda nəsə olsa, vəziyyət daha da gərginləşəcək. Sadəcə, toplanışın vaxtı dəqiqləşməlidir”.
Bizi Facebook-da izləyin