Samir Abasov rəsmən “Neftçi”də

“Neftçi” baş məşqçi Samir Abasovla anlaşdığını açıqlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ı bundan sonra “Sumqayıt”dan ayrılan Abasov çalışdıracaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.

Abasov bu postda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib.

Abasov 2020-2022-ci illərdə də “Neftçi”ni çalışdırıb. O, Bakı klubu ilə 2021-ci ildə Azərbaycan çempionu olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button