Samir Abasov: “Premyer Liqanın startına kimi tam hazır olacağıq”
“Zirə”nin baş məşqçisi Samir Abasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yerli “Adana Dəmirspor” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
“Ötən oyundan fərqli olaraq, bu rəqibimiz daha çətin idi. Məğlub olsaq da, qol epizodlarımız çox oldu. Belə matçlarda nəticə elə də vacib deyil. Görüləsi işlərimiz çoxdu. Bəzi oyunçularımızın məşqlərini artıq veririk, oyunlara yorğun çıxırlar. Yoxlama oyunlarında görmək istədiyimiz odu ki, futbolçular onlara məşqlərdə verilən tapşırıqları nə dərəcədə yerinə yetirir. Hər hissədə fərqli sistemlə oynadıq. Qarşıda hələ iki oyunumuz var, inanıram ki, Premyer Liqanın startına kimi tam hazır olacağıq”.
Bizi Facebook-da izləyin