Samir Abasov: “Günah Səlahət Ağayevi qapıya qoyandadır”
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqalrı oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Uduzandan sonra nəsə demək çətindir. Çox yaxşı oyun keçdi. Matçın üstündə çox dayanmayacam. Bizim həddindən artıq çılğın azarkeşlərimiz var, onlara müraciət edirəm ki, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Günah onu qapıya qoyandadır. Öz komandamıza görə onun üstünə düşməyək. Təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, yazılarımıza diqqət edək”.
43 yaşlı mütəxəssis bildirib ki, Səlahət Ağayevi qapıya o qoyub: “Bizim azarkeş qruplarımız böyükdür. Qapıçının üstünə düşməyək. Bundan sonra komandamıza çətin olacaq. “Zirə” müdafiəyə çəkildi. Amma nəticəni dəyişə bilmədik. Monroz və Lavalla bağlı problem var. Hücumçu da ala bilməmişik”.
Abasovun sözlərinə görə, rəqib Sabir Buqrini meydanda tam zərərsizləşdirmişdi: “Necə edə bilərik? İkinci Buqrinimiz yoxdur. Yenə şanslar bərabərdir. Özümüzə inanırıq. Riçard Almeyda ayağını tutanda futbolçulara dedim ki, topu kənara çıxardın. Ona görə mübahisə yarandı. Görüşdə çox qol epizodu yaratmadıq. Topun biri dirəkdən qayıtdı. Həqiqətən yaxşı oynadıq. Məncə, heç-heçə ədalətli olardı”.
Bizi Facebook-da izləyin