Samir Abasov: “Evdəki matçdan daha yaxşı oynadıq”
“Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HJK komandasına qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Məğlubiyyət və üzücü hesab ürəyimizcə olmadı. Bu, planlarımıza daxil deyildi. Birinci hissədən sonra ümidlənmişdik. Evdəki matçdan daha yaxşı çıxış etdik və daha kompakt oynadıq. Amma ikinci hissə başlayanda qapımızda qol gördük. Bu komandaya qol vurmaqda çətinlik çəkirdik. Bu boşluğu doldurmaq istəyirdik. Qarşıda bizi çempionat və Konfrans Liqasının oyunları gözləyir”.
Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının pley-off mərhələsində “Torshavn” (Farer adaları) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk görüşdə “Makkabi” böyük hesabla qalib gəlib – 7:2.
Bizi Facebook-da izləyin