
Samir Abasov: “Əsas odur ki, mən öz komandamdan razıyam”
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunun açılış matçında “Sumqayıt”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abasov bu cür oyun haqqında danışmağın çətin olduğunu bildirib:
“Bu cür oyun haqqında danışmaq həddindən çox çətindir. Penalti epizoduna baxmamışam. Yanımda oturan köməkçilər “CBC Sport” vasitəsilə epizoda baxdılar və gördülər ki, penalti var.
Oyuna gəlincə, başlanğıcda belə, görürsən ki, aşağı tempdə oyun gedir. Şərait özü səhvlər etməyə məcbur edir. Hansı ki, bu gün yaxşıya doğru getdiyimiz durumda belə, şərait normal deyildi. Ümumi götürsək, baxırsan ki, meydança təmizdir, qar təmizlənib. Amma topu saxlayanda, qərar verməkdə çətinlik çəkirdik. Buna görə də, oyunun nəticəsi ya heç-heçə olar, ya da rəqib əks-hücumda yaxalar, qol vurar, məğlub olarsan…
Əsas odur ki, mən öz komandamdan razıyam. Hava şəraitinə baxmadan inam var idi ki, indi vuracağıq, bu dəqiqə vuracağıq…. Əsas odur ki, biz komandamızdan və üç xalımızdan razıyıq”.
“Neftçi” növbəti turda “Kəpəz”lə qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin