Samir Abasov: “Bu durum heç birimizi qane etmir”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 9-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Belə bir gedişatı gözləyirdik. Hər şey ideal gedəcək deyə, zəmanət yox idi. Reaksiyamız normaldı. Hara gəldiyimizi bilirik. 5-6 nəfər oyunu tuta bilsə, yaxşı bir şey edə biləcəyik. Buna inanır və ümid edirəm. Ötən matça baxanda oyunumuzda bir az da gərginlik var idi. Həvəslə oynayan, qalib gəlmək istəyən komanda gördüm. Ustalıq çatışmır. Planlarımız barədə rəhbərliklə danışmışıq. Ən yaxşı çıxış yolunu tapmağa çalışacağıq. Bu durum heç birimizi qane etmir. Bunu düzəltmək üçün buradayıq. Belə vəziyyətlə üzləşə biləcəyimizi gözləyirdik. Futbolçular indiyə qədər fərqli tələblər altında oynayıblar, indi başqa. Bunlar uyğunlaşmaq lazımdı. Xüsusən də, keyfiyyət yüksək olmayanda çətin olur”.
Bizi Facebook-da izləyin