Samir Abasov: “Bu, bizim inkişafımıza ziyandır”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqədən gərginlik hiss olunurdu. İki komandada uduzmaq istənirdi. Kubokun ilk matçları əsasən bu məcrada keçir. Bu gün əsas məsələ uduzmamaq idi. Şikayət etmək istəmirik, reallıq budur. Son matçlara itkilərlə çıxırıq. Ehtiyatdakı oyunçularla bağlı problemlərimiz var. Amma indi elə dönəmdəyik ki, bu barədə düşünmürük. Bundan sonra çempionat matçına köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyanı davam etdirməkdir. Bu yolda davam edəcəyik.

“Neftçi” daha əvvəl kubokda səfər qolunun əziyyətini çəkib. Amma bugünkü qərar düzgündür. Hər vəziyyətə uyğunlaşmaq lazımdır.

Heyətdəki itkilər bugünkü görüşə ciddi təsir etmədi. Amma ümumi duruma təsirsiz ötüşmür. Bu gün Voyislav Stankoviç yoxdursa, deməli, problem var. Sezar Meza Kollinin yüngül zədəsi var idi. Ona görə bu gün son dəqiqələrdə şans verdik.

Ömər Buludovun müdafiənin mərkəzində oynamasına gəlincə, bu, məcburiyyətdən atılmış addım idi. Amma ikinci hissədə ən yaxşılardan idi”.

Abasov legioner limiti ilə bağlı məsələdən də söz açıb: “Mənim istəyimi bilirsiniz. Bu yöndə həddindən artıq sərtəm. Azərbaycan futbolunda limit götürülməlidir. Bu, bizim inkişafımıza ziyandır. 5 əvəzetmə yaxşı variantdır. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Hər şeyi zaman göstərəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button