Samir Abasov 3 oyunluq cəzalandı
AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna onun “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 13-cü turunun oyunu başa çatdıqdan sonra etdiyi qeyri-idman hərəkəti səbəb olub.
Abasov buna görə 1 oyunluq cəza alıb, həmçinin senyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 3 matçlıq cəzaya məruz qalıb. “Gənclik şəhəri” təmsilçisi isə 1000 manat cərimələnib.
“Neftçi” həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
Hər iki klub 4 oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
Bizi Facebook-da izləyin