Samir Əliyev: “Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik”

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev bu gün Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığmasına qarşı keçirilmiş yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:

“Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldı ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə də qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik. Vacib olan qələbə qazanmağımızdı. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi. Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidi. Komandanın çatışmayan cəhətləri çoxdu. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button