“Şamaxı”nın narazılığa səbəb olan loqosu – FOTO
“Şamaxı” futbol klubunun yeni loqosu ictimaiyyətə təqdim olunub.
Komanda.az xəbər verir ki, klub qırmızı-ağ rəngini dəyişməyib. Loqonun kənarlarında şirlər təsvir olunub.
Loqo ilə bağlı narazılığa və müzakirələrə səbəb olan məsələ isə “Şamaxı”nın yaranma tarixi kimi 2022-ci ilin göstərilməsidir. “Şamaxı” “Keşlə”nin hüquqi varisidir və “Keşlə”nin tarixi 1997-ci ildən başlayır.
“Şamaxı” doğma meydanında ilk oyununu aprelin 9-da keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin