“Şamaxı”nın oyunu Əliyar Ağayevə tapşırıldı

Azərbaycan 1-ci Liqasının 26-cı turunda bu gün keçiriləcək iki oyunun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, çempionluq yolunda böyük əhəmiyyət kəsb edən “Qaradağ Lökbatan” – “Şamaxı” matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək.

“Araz Saatlı” – “İmişli” qarşılaşmasında isə Əli Əliyev iş başında olacaq.

Azərbaycan 1-ci Liqası, 26-cı tur

16 may

17:00. Qaradağ Lökbatan – Şamaxı
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu 

17:00. Araz Saatlı – İmişli
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Aydın Baxşıyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button