“Şamaxı”nın futbolçusu “Kəpəz”lə matçdan əvvəl zədələnib

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Kəpəz”lə qarşılaşan “Şamaxı” oyundan öncə itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, isinmə hərəkətlərini yerinə yetirən Vasiliye Bakiç zədələnib. Onun əvəzinə start heyətində Arsen Ağcabəyov meydana çıxıb.

Hazırda qarşılaşma davam edir. “Şamaxı” 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Gəncə klubu 18 xalla doqquzuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button