
“Şamaxı”nın futbolçusu 3 oyunluq cəzalandı
“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu 3 oyunluq cəzalanıb, klub isə ümumilikdə 4500 manat cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Bu, Premyer Liqada 8-ci turun “Kəpəz”lə matçın 44-cü dəqiqəsində baş verib. Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun diskvalifikasiya olunub. Futbolçunun bu hərəkətinə görə “Şamaxı” 3000 manat cərimələnib. Bundan əlavə, həm “Kəpəz” həm də “Şamaxı”nın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün hər iki klub 1500 manat cərimələnib. Həmçinin, 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” əlavə olaraq 700 manat ziyana düşüb.
“İmişli” – “Qəbələ” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 700 manat cərimələnib.
“Sumqayıt” – “Karvan-Yevlax” oyunu futbolçularının meydana gec çıxması səbəbindən gec başladığı üçün Yevlax təmsilçisi 3000 manat cərimələnib.
Bizi Facebook-da izləyin



