“Şamaxı”nın baş məşqçisi yeni transferin anonsunu verdi
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Turan Tovuz”a məğlub olduqları (0:1) Azərbaycan Premyer Liqasının 21-ci tur oyunundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, Əsgərli, bu gün yeni transfer edəcəklərini bildirib:
“Günün sonuna qədər bir transferi reallaşdırmaq istəyirik. Yəqin ki, “Zirə”dən Ramin Əhmədovu heyətimizə qatacağıq”.
O, komandasının oyunu haqda da danışıb:
“Azarkeşlərimizə təşəkkür edirəm. Az sayda da olsa, gəlib bizi dəstəklədilər. Turnir cədvəli baxımından hər iki komanda üçün vacib oyun idi. Təəssüf ki, qarın yağması səbəbindən həftəboyu normal məşq keçə bilməmişdik. Yalnız dünən istədiyimiz hazırlığı keçdik. Oyundan əvvəl də bilirdik ki, qol vurmasaq, rəqib bir standart vəziyyətdən fərqlənəcək və hesabı qoruyub saxlayacaq”.
22 yaşlı yarımmüdafiəçi Ramin Əhmədov bu mövsüm “Zirə”nin heyətində 7 oyun keçirib.
Bizi Facebook-da izləyin