“Şamaxı”dan növbəti transfer

“Şamaxı” növbəti mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçu David Tomas Dos Santos Oliveyranı heyətinə qatıb.

24 yaşlı mərkəz müdafiəçisi ilə ikiillik (1+1) müqavilə imzalanıb.

David son olaraq Portuqaliyanın “Kovilya” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button