
“Şamaxı”dan növbəti transfer
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin