
“Şamaxı”dan darmadağın
1-ci Liqa təmsilçisi “Şamaxı” yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, sözügedən komanda 2-ci Liqa klubu “Füzuli” ilə qarşılaşıb.
Matç “Şamaxı”nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Ramin Əhmədov, Elşad Tağıyev, Emin Zamanov, Elçin Qasımov və Roman Hüseynov vurub.
“Şamaxı” 1-ci Liqada 22 xalla 2-ci, “Füzuli” 2-ci Liqada 29 xalla 4-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin