
“Şamaxı”dan baş məşqçi ilə yeni müqavilə
“Şamaxı” baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.
44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən Şamaxı təmsilçisini çalışdırır. Abbasov, həmçinin iki gün öncə Azərbaycanın U-21 mllisinin baş məşqçi postuna da təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



