“Şamaxı”dan ayrılan futbolçu 1-ci Liqa klubu ilə anlaşdı
Ötən mövsümü birinci Liqada keçirən “Şamaxı” Premyer Liqaya yüksəldikdən sonra xeyli sayda futbolçu ilə yollarını ayırdı. Həmin oyunçulardan biri də Roman Hüseynov idi.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Hüseynov artıq yeni klubla anlaşıb. O, yenə 1-ci Liqada forma geyinəcək. Belə ki, futbolçu “Karvan”la anlaşıb.
“Karvan” ötən mövsüm 1-ci Liqada 44 xalla 5-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin