“Şamaxı”da oynamış futbolçu Finlandiya klubuna keçib

“Şamaxı”nın sabiq futbolçusu Vasiliye Bakiç Finlandiyanın “İlves” klubuna keçib.

Komanda.az xəbər verir ki, bu barədə Tampere təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Serbiyalı futbolçu 2024/2025 mövsümündə “Şamaxı”nın heyətində Premyer Liqada 23 matça çıxıb, 1 qola müəlliflik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button