“Şamaxı”da növbəti ayrılıq

“Şamaxı” klubu hücumçusu Uğur Cahangirovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

21 yaşlı futbolçu mövsümün ilk yarısında 4 oyuna çıxsa da, qol vura bilməyib.

“Şamaxı” öncədən Abdulla Rzayev, Adil Nağıyev, Bəhruz Teymurov və Samir Qurbanovla da yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button