“Şamaxı”da kütləvi ayrılıq
“Şamaxı” klubunun rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib.
Komanda.az xəbər verir ki, toplantıda 2023/2024 mövsümünün planları, klubun strategiyası müzakirə edilib.
Alınan qərara əsasən məşqçilər – Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə rəhbərlik arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyindən onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.
Eyni zamanda, futbolçular Elvin Məmmədov, Amil Yunanov, Rauf Hüseynli, Kamal Mirzəyev və Tapdıq Əhmədov müqavilə müddətləri, Nihad Quliyev isə icarə müddəti başa çatdığından komandadan ayrılıb.
Bizi Facebook-da izləyin