
Şamaxıda “istefa” şüarları
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Komanda.az saytının Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan bölgə təmsilçisinin stadiona toplaşmış azsaylı azarkeşləri matçın əsas vaxtına artırılan dəqiqələrdə “istefa” şüarları səsləndiriblər.
“Şamaxı” növbət turda səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin