“Şamaxı”da braziliyalı müdafiəçi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu Sezar Henrike Dias Santos heyətə cəlb edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Henrike son olaraq Braziliyanın “Caxias” klubunda çıxış edib.

Xatırladaq ki, “Şamaxı” bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, və Karim Rossini də transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button