“Şamaxı” “Zirə” ilə qarşılaşacaq

“Şamaxı” yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi avqustun 9-da “Zirə” ilə qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq. Matç saat 17:45-də başlayacaq.

“Şamaxı” bunadək “Qəbələ”yə 1:2 hesabı ilə uduzub, “Karvan”a 2:0, “Kəpəz”ə 6:1, “Sumqayıt”a isə 1:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button