“Şamaxı” Türkmənistan klubu ilə yoxlama oyunu keçirəcək
Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən “Şamaxı” yoxlama oyununda Türkmənistan təmsilçisi ilə üz-üzə gələcək.
Komanda.az klubun rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, rəqib “Nebitçi” olacaq.
Sentyabrın 8-də Qəbələdə keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin