
“Şamaxı” “Turan Tovuz”dan ayrılan futbolçu ilə müqavilə bağlayıb
2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan “Şamaxı” Kamal Bayramovla müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Bayramov son mövsümü “Turan Tovuz”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin