
“Şamaxı” tanzaniyalı futbolçu transfer edib
“Şamaxı” heyətinə yeni futbolçu cəlb edib.
Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Tanzaniyalı yarımmüdafiəçi Alfons Msanqa Mabula ilə 6 ay+1 illik müqavilə imzalanıb.
21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub. O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin