“Şamaxı” son oyundan məğlub ayrıldı
Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” bu gün növbəti yoxlama görüşünü keçirib.
Komanda.az xəbər verir ki, əyalət təmsilçisi Türkiyədəki hazırlığını Serbiyanın “Napredak” komandası ilə oyunla başa vurub.
Oyuna saat 16:00-da start verilib. Əyalət təmsilçisi bu oyunun son dəqiqələrində buraxdığı yeganə qolla 0:1 hesablı məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Şamaxı” 11 yanvarda Qazaxıstan “Kaysar”ı ilə 0:0 oynamışdı. Həmin gün Rumıniyanın “Botoşani” kollektivi ilə keçirilən görüş (0:1) isə leysan səbəbindən yarımçıq qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin